Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İsveçrənin Xarici İşlər Federal Departamentinin rəhbəri İqnazio Kassis arasında telefon danışığı zamanı Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 19-da Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Qeyd olunur ki, söhbət dekabrın 18-də İsveçrənin təşəbbüsü ilə baş tutub.Lavrov xüsusi hərbi əməliyyatın (SVO) keçirilməsini alternativsiz edən vəziyyətin əsas səbəblərindən biri kimi NATO-nun Şərqə doğru genişlənməsini qeyd edib.
"Bununla əlaqədar olaraq, Rusiyanın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə hazır olduğu təsdiqlənib", - departamentin bəyanatında deyilir.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Ukrayna böhranının həlli üçün Qərb ölkələri və Kiyev rejiminin hakimiyyət orqanlarının razılaşdırdığı ultimatumların mənasızlığına işarə edib.