Gələcək illərdə ov etmək üçün onlayn icazənin tətbiqi nəzərdə tutulub.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Ovçuluq biletlərinin verilməsi ilə bağlı xidmət 5 saylı “ASAN” xidmət mərkəzində göstərilir. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytının elektron xidmətlər bölməsində də müraciət forması var. Lakin, illik statistika göstərir ki, elektron formada müraciət edənlərin sayı çox azdır”, Arzu Babayeva bildirib.