"Survivor" yarışmasının iştirakçısı Stavros Florosun ayağı amputasiya edilib.
1xeber.media xəbər verir ki, hadisə şounun keçirildiyi Dominikan Respublikasında iştirakçı nizə ilə balıq ovlayarkən baş verib.
Məlumata görə, Floros dənizdə olarkən turist qayığı tərəfindən vurulub və ağır yaralanıb. Nəticədə iştirakçının bir ayağı amputasiya edilib, digərinin isə topuq nahiyəsi ciddi zədə alıb.
Bildirilib ki, hazırda Florosun həyati təhlükəsi yoxdur.
İştirakçının atası təhlükəsizlik qaydalarının pozulması ilə bağlı iddiaları da təkzib edib. Qeyd olunub ki, hadisə çəkilişlər əsnasında baş verməyib.
Hazırda yarışmanın çəkilişləri qeyri-müəyyən vaxta qədər dayandırılıb, hadisə ilə bağlı araşdırma aparılır.

















