Paytaxt Bakıda satılan ən ucuz 1 otaqlı mənzil Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşir.
Yeniavaz.com daşınmaz əmlak alanların və satanların ən çox müraciət etdiyi elan saytlarına istinadən xəbər verir ki, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən və 32 kv. metr sahəsi olan bu mənzil 15 min 500 manata təklif olunur.