Hazırda 2 milyarddan çox insan məskunlaşmadan əziyyət çəkir.
1xeber.media xəbər verir ki, bunu BMT-nin Məskunlaşdırma Proqramının (UN-Habitat) nümayəndəsi Raina Hedeya Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Vətəndaş təşəbbüsləri və vətəndaş cəmiyyəti təşkilatlarının assambleyasında deyib.
O, vətəndaş cəmiyyətləri institutlarına bugünkü tədbirə qatıldıqlarına görə təşəkkür edib:
"Vətəndaş cəmiyyəti və xalq arasında hərəkat böyük önəm daşıyır. Şaxələnmə də çox vacibdir. Genişmiqyaslı konsultasiyalar çox vacib rol oynayır. Bu konsultasiyalardan vacib nəticələr əldə etmişik. Bu gün məskunlaşma ilə bağlı problemlər var və hazırda da davam edir. Bu problemlər qlobal səviyyədə böhranlara aparıb çıxaracaq, 2 milyarddan çox insan məskunlaşmadan əziyyət çəkir. Bütün bu problemlərin qarşısı alına bilər. Biz insan hüquqlarının qorunmasında mühüm addım ata bilərik".

















