Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Yenidənqurma kontekstində mənzil hüquqları – humanitar yardım və bərpa arasında körpü” adlı sessiyada böhran və münaqişə şəraitində mənzil hüquqlarının qorunması məsələləri müzakirə olunur.
1xeber.media xəbər verir ki, sessiyanın əsas məqsədi humanitar yardım, inkişaf mərhələlərini birləşdirən, hüquqlara əsaslanan yanaşmalar çərçivəsində ən yaxşı təcrübələrin paylaşılması və geniş sektor müzakirəsinə təşviq edilir.
Qeyd edilib ki, beynəlxalq hüquq yaşayış evlərinin əsassız dağıdılmasını, insanların məcburi köçürülməsini və zorla çıxarılmasını qadağan etsə də, münaqişələr zamanı yaşayış məntəqələri hələ də məqsədli şəkildə məhv edilir. Bu isə hüquqi öhdəliklərlə reallıq arasında ciddi fərqlərin mövcud olduğunu göstərir.

















