"Azərbaycan hökumətinə təşəkkür edirəm ki, bizi uğurlu bir sessiyada qarşıladınız. Bu böyük uğurun dəyərini anlamaq lazımdır".
1xeber.media xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Məhəmməd Ümumdanya Şəhərsalma Forumunun rəsmi bağlanış mərasimindən əvvəl keçirilən mətbuat konfransında deyib.
"Forum həmçinin beynəlxalq icmaların əhəmiyyətini göstərdi. Bu onu göstərir ki, biz daha dərin əməkdaşlıq üçün hazırıq" -deyə Ə.Məhəmməd bildirib.

















