Vaşinqton Kubada rejim dəyişikliyini hədəfləyir və bunu İranla münaqişə bitdikdən dərhal sonra etmək niyyətindədir.
1xeber.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Kuba ilə bağlı çox yaxşı planlarımız var. Düşünürəm ki, çox sərt, çox xoşagəlməz olan bir rejimdən qurtulmalıyıq.
İranla məşğul oluruq və bu məsələ yoluna qoyulduqdan sonra geri qayıdarkən bunu etmək üçün qısa müddət dayanacağıq. Biz onlara (Kuba) kömək etmək istəyirik", - deyə Ağ Ev rəhbəri bildirib.















