Ədliyyə naziri Fərid Əhmədov bu gün Zəngilan rayonunun Ağalı kəndində vətəndaşları qəbul edib.
1xeber.media xəbər verir ki, qəbuldan əvvəl nazir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib və önünə gül dəstəsi qoyub.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

















