"Ermənistan xalqını 7 iyun 2026-cı ildə keçirilən seçkilərdə qələbə qazandıqlarına görə təbrik etmək istəyirəm".
1xeber.media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin komitələrinin iclasında 2025-ci il büdcəsi üzrə illik hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, xalq öz səsləri ilə dövlətin, müstəqilliyin, gələcəyin, sülhün, Ermənistan Respublikasının müdafiəsinə qalxıb: "Bildirməliyəm ki, “üçbaşlı müharibə partiyası” məğlub olub. Bu, vacib, lakin son nəticə deyil, çünki düşünürəm ki, xalq da açıq şəkildə iradəsini ifadə etdi ki, “üçbaşlı müharibə partiyası” və onu müşayiət edən cinayətkar-oliqarxik sistem Ermənistan Respublikasından silinməlidir. Əlbəttə ki, bu, siyasi əksəriyyətin və hökumətin ən vacib gündəliyindən biri olacaq və biz bunu təxirə salmadan, çox qətiyyətli və konkret addımlarla həyata keçirməliyik.
Mən həmçinin "Vətəndaş Müqaviləsi" partiyasını nəticələri və qələbəsi münasibətilə təbrik etmək istəyirəm. "Vətəndaş Müqaviləsi" parlament çoxluğuna malik olacaq və həmçinin hökumət quracaq. Önümüzdəki aylarda bu mövzunu müzakirə etmək imkanımız olacaq".

















