Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo “Barselona”nın sabiq üzvü Kevin-Prins Boatenqin açıqlamasında qoyduğu gülüş işarəsi ilə gündəm olub.
1xeber.media xəbər verir ki, o, Qana yığmasının keçmiş oyunçusu “Barselona”ya keçərkən məcburiyyətdən katalon klubunun və komandanın həmin vaxtkı ulduzu Lionel Messinin azarkeşi olduğunu bildirib.
Belə ki, Kriştianu Ronaldo fanatı olan Botaenq bunları deyib: “Mən uşaqlıqdan Ronaldo azarkeşiyəm. Amma “Barselona”ya transfer olunanda bu klubun və Messinin azarkeşi olduğumu dedim. Çünki bildirmişdilər ki, elə deməsən, sənə çətinlik yarana bilər”.
Onun bu görüntüləri bir neçə gün öncə sosial şəbəkələrdə yenidən viral olub. Ronaldo isə həmin paylaşımlardan birinin altına gülüş işarəsi ataraq diqqət mərkəzinə düşüb.
















