1xeber.media xəbər verir ki, Rusiya Aerokosmik Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının (PUA) buraxılışı və texniki xidməti üçün komanda məntəqələrinə zərbələri artırıb.
Qəzetin məlumatına görə, potensial hədəflər kəşfiyyat dronları vasitəsilə müəyyən edilir. Qəzet bildirir ki, hədəflərə universal planlaşdırma və korreksiya modullarına malik yüksək partlayıcı bombalarla silahlanmış Su-34 bombardmançı təyyarələri zərbə endirir.
Hərbi ekspert Yuri Lyamin qeyd edib ki, "bu cür bombalar təmas xəttindən onlarla kilometr məsafədən buraxıla bilər".
















