1xeber.media xəbər verir ki, ABŞ Ordusu pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarını gücləndirmək məqsədilə 150 milyon dollara qədər dəyəri olan yeni “Hydra-70” proqramına start verib.
Məlumata görə, proqram çərçivəsində mövcud Hydra-70 raketləri lazerlə idarə olunan yüksək dəqiqlikli silahlara çevriləcək. Yeni sistemin əsas məqsədi ucuz dron təhdidlərinə qarşı daha sərfəli və effektiv müdafiə vasitəsi yaratmaqdır.
ABŞ hərbi rəsmiləri hesab edirlər ki, yeni proqram döyüş meydanında sürətlə artan PUA təhlükəsinə qarşı mübarizədə mühüm rol oynayacaq və hava hücumundan müdafiə xərclərini azaltmağa kömək edəcək.
















