Maka Boçorişvili İstanbulda Ceyhun Bayramovla danışıqları yüksək qiymətləndirib
1xeber.media xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İstanbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi görüşü yüksək qiymətləndirib.
Maka Boçorişvili sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İstanbulda baş tutan görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin, regional əməkdaşlığın və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyini bildirib.
Gürcü nazir Azərbaycanla əlaqələrin ölkəsi üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, Bakı və Tbilisi arasında siyasi dialoqun, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Tərəflər görüş zamanı regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, görüş İstanbulda keçirilən beynəlxalq tədbir çərçivəsində baş tutub.
















