İyunun 9-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Lənkəranda “Şəhərsalma və memarlıq ili” çərçivəsində Əsgər Əliyev adına “Dostluq Parkı”nda və Qala Xiyabanı ərazisində aparılan geniş bərpa-yenidənqurma işləri ilə yerində tanış olub.
1xeber.media xəbər verir ki, icra başçısı iş icraçıları ilə söhbət edib, tapşırıq və tövsiyələrini verib.
Dövlət başçısı cənab İlham Əliyevin tapşırğı əsasında aparılan yenidənqurma işləri hazırda “Əfqanıstan Veteranları Parkı”nda, Həzi Aslanov parkında, Xocalı parkında və Əsgər Əliyev adına “Dostluq Parkı”nda Heydər Əliyev prospektində, Paşa Təhməzov, Həzi Aslanov, M.M.Axund, Qala Xiyabanı və Şirəli Axundov küçələrində davam etdirilir.
Qeyd edək ki, aparılan işlər çərçivəsində küçə və səkilər yenilənir, səkilərə yeni tametlər döşənir, park və istirahət məkanları yenidən dizayn edilir, çoxmənzilli yaşayış binalarının fasad və dam örtükləri yeniləri ilə əvəzlənir.
Aparılan geniş bərpa-yenidənqurma işləri yerli sakinlər tərəfindən yüksək qiymətləndirilir, Lənkərana göstərilən xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə edirlər.



























