Venera və Yupiter 9 iyun Çərşənbə axşamı günü səmaya ən yaxın olacaqlar.
1xeber.media xəbər verir ki, Astronom Lyudmila Koşman TASS-a verdiyi müsahibədə moskvalılara axşam saatlarında səmaya baxmağı məsləhət görüb.
Mütəxəssis qeyd edib ki, planetlər arasındakı məsafə "üç ay"a qədər azalacaq. Cütlük Moskva vaxtı ilə saat 21:30-dan sonra çılpaq gözlə aydın görünəcək.
















