1xeber.media xəbər verir ki, Yaponiyanın Tokio yaxınlığındakı Utsunomiya şəhərində vəhşi ayı bir neçə gün ərzində şəhər mərkəzində dolaşıb. Təhlükəsizlik kameraları ayının ticarət mərkəzləri və küçələrdə qaçdığını qeydə alıb. Hadisə səbəbindən məktəblər bağlanıb, sakinlərə evdən çıxmamaq tövsiyə olunub. Bir neçə günlük əməliyyatdan sonra ayı xüsusi qruplar tərəfindən tutulub.
















