“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində müxtəlif tərəfdaşların iştirakı ilə yerlərdə hazırlıq işləri davam etdirilir”.
1xeber.media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.
Onun sözlərinə görə, tədqiqat və hazırlıq mərhələləri artıq tamamlanmaq üzrədir.
“Əminəm ki, 2026-cı ilin ikinci yarısında, payıza və ya qışa yaxın biz artıq tikinti işləri mərhələsinə keçəcəyik”, - Xudatyan qeyd edib.
Xatırladaq ki, iyunun 6-da ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi üzrə çərçivə sazişini imzalayıblar.
















