ABŞ prezidenti Donald Tramp İranın nüvə məsələsinin həlli üçün bir variantın BMT müfəttişlərinin nəzarəti altında yüksək zənginləşdirilmiş uranın ölkə daxilində azaldılması ola biləcəyi ilə razılaşıb.
1xeber.media xəbər verir ki, bu barədə Axios Vaşinqtondakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Vasitəçi ölkələrdən birinin diplomatı və ABŞ rəsmisi nəşrə bildirib ki, anlaşma memorandumunda Hörmüz boğazının dərhal açılması və İrana qarşı sanksiyaların ləğvi də nəzərdə tutulur.
Bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran və ABŞ arasında anlaşma memorandumunun mətninin əsas məqamları üzrə razılaşdırıldığını bildirmişdi. O, həmçinin qeyd edib ki, Vaşinqtonun ziddiyyətli mövqeyi həmişə prosesdə pozuntulara səbəb olub.
















