İsrailin müdafiə naziri İsrail Katz ölkəsinin gələcəkdə İranla bağlı fəaliyyət azadlığını qorumaq istəyini bildirib.
1xeber.media xəbər verir ki, o, bu açıqlamanı Vaşinqton və Tehran arasında münaqişənin həlli üçün aparılan danışıqları şərh edərkən verib.
"İsrail gələcəkdə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müstəqil hərəkət etmək qabiliyyətini saxlamağı təmin etməlidir. Baş nazir Benyamin Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinə müvafiq hazırlıq görməyi tapşırmışıq”, - deyə Katz vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran razılaşmanın yekun mətni üzrə razılığa gəliblər.
















