Azərbaycanın ictimai-siyasi xadimi Hidayət Orucovun nəşi yaxın günlərdə Bakıya gətiriləcək.
1xeber.media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Qeyd edək ki, Hidayət Orucov 13 iyunda İstanbul şəhərində dünyasını dəyişib. O, uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət və ədəbi yaradıcılıq sahələrində çalışıb. (Oxu.az)















