1xeber.media xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Vaşinqton ştatında dağa çırpılıb.
Mənbəyə görə, qəza ştatın meşəlik ərazisində baş verib və qırıcı təyyarə dağa çırpıldıqdan sonra yanğın başlayıb. Məlumata görə, F/A-18 Hornet təyyarəsi adi təlim məşqi keçirirmiş. Yanğınsöndürənlər artıq yanğını söndürüblər.
Media həmçinin bildirib ki, toqquşma zamanı kabinədə olan pilot katapultasiya edə bilib və yalnız yüngül xəsarətlər alıb. Hadisənin səbəbləri hazırda araşdırılır.
Daha əvvəl Amerika qırıcı təyyarəsi Ərəbistan yarımadası üzərində yoxa çıxmışdı. Amerika təyyarəsi təcili siqnal verib.















