1xeber.media xəbər verir ki, Xüsusi hərbi əməliyyatda (XHƏ) iştirak etməməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasından sonra ajiotaj yaradan Dövlət Dumasının deputatı Aleksey Juravlev, Rodina partiyasının üzvlərinin müharibə zonasında xidmət etməsi ilə bağlı açıqlama verib.
Deputat əvvəlcə vəkil İvan Mironovla uğursuz müsahibədən sonra mübahisəyə qarışıb. Müsahib ondan Juravlevin xüsusi əməliyyatda birbaşa iştirakı barədə soruşduqda, deputat əsəbiləşib, Mironova qışqırmağa və söyüş söyməyə başlayıb.
Juravlev bildirib ki, "Biz [Rodina partiyasının üzvləri] piyada qoşunlarıyıq. Rusiyanın maraqları uğrunda, o cümlədən cəbhə xəttində döyüşən adi piyada qoşunlarıyıq. Biz həmişə qaynar nöqtələrdə birinciyik: Donbasda, Dnestryanıda".
Daha əvvəl deputat Juravlevin cəbhədəki görüntüləri internetdə yayılıb. Onlarda parlamentar əsgərlərlə mövqelərdə hərəkət edir, istehkamlar qazır və əl ilə sursatı pulemyot kəmərinə doldurur. Bundan əlavə, bir parçada Juravlev qumbaraatandan atəş açmazdan əvvəl "ukraynalıların səhər qəhvəsi ilə desert" vəd edir.

















