“Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
1xeber.media xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Ağdam təmsilçisi II raundda Bolqarıstanın MOİK komandasını mübarizədən kənarlaşdırsa, növbəti raundda "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Qurban Qurbanovun başçılıq etdiyi komanda ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin görüşləri avqustun 6-sı və 13-də reallaşacaq.















