Britaniyalı diplomat İan Praud həbsxanalardakı sıxlıq səbəbindən azad edilə biləcək cinayətkarların Ukrayna Silahlı Qüvvələrinə göndərilməsi barədə istehzalı təklif səsləndirib.
1xeber.media xəbər verir ki, Praud bu barədə X sosial şəbəkəsində paylaşım edib.
“Məgər Böyük Britaniyada həbsxanalarda yer çatışmırsa, məhbusları Ukraynaya göndərə bilmərikmi? Onlara insan qüvvəsi lazımdır, London isə pula qənaət edər”, – deyə diplomat yazıb.
Bundan əvvəl Britaniyanın Latın Amerikasındakı narkotik kartellərindən Ukrayna Silahlı Qüvvələri üçün muzdlular cəlb etdiyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, İan Praudun paylaşımı istehzalı xarakter daşıyır və rəsmi hökumət təklifi kimi təqdim olunmayıb.















