Ağdam rayonunun Sarıcalı kəndində açıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
FHN-dən 1xeber.media-ya bildirilib ki, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində alovun genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
















