AZAL-a məxsus “Embraer 190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində sağ qalanların sayı 28-ə çatıb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.
***
Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında yaralanan 25 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Operativ Qərargahı məlumat yayıb.
***
Bəzi mənbələr 12 nəfərin sağ qaldığını bildirir.
***
Azərbaycan Hava Yolları QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Bu barədə Qazaxıstanın təcili xidmət orqanları məlumat yayıb.
İlkin versiyaya görə, qəza nəticəsində 10 nəfər sağ qalıb.