Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın yeni xarici işlər naziri Ed Milibandın təyinatını istehzalı şəkildə şərh edib.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Zaxarova bildirib ki, Böyük Britaniyada “hakimiyyət varisliyi artıq təkcə Vindzorlardan Vindzorlara deyil, həm də Milibandlardan Milibandlara keçir”.
Ed Milibandın böyük qardaşı Devid Miliband 2007–2010-cu illərdə Böyük Britaniyanın xarici işlər naziri vəzifəsində çalışıb.
Bundan əvvəl Ed Miliband Ukraynanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Sibiqa ilə ilk beynəlxalq telefon danışığını apararaq, Böyük Britaniyanın Ukraynaya dəstəyinin dəyişməz olduğunu vurğulamışdı.
















