ABŞ Prezidenti Donald Trampın İranla davam edən münaqişənin uzanmasından narazı olduğu və İran rəhbərliyi barədə sərt ifadələr işlətdiyi bildirilir.
1xeber.media xəbər verir ki, bu barədə The Wall Street Journal ABŞ administrasiyasındakı anonim mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp əvvəlcə qısa müddətdə başa çatacağını düşündüyü münaqişənin beşinci aya keçməsindən məyusdur.
Nəşrin iddiasına əsasən, Oval kabinetdə keçirilən son görüşlərdən birində ABŞ prezidenti İran rəhbərlərini təhqiramiz ifadələrlə tənqid edib.
Bundan əvvəl Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa olunması ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi. Onun sözlərinə görə, Tehran danışıqlarda maraqlı olsa da, hələlik razılaşmaya hazır deyil.
Qeyd edək ki, bu məlumatlar The Wall Street Journal-ın anonim mənbələrinə əsaslanır və Ağ Ev tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
















