Rusiya Prezidenti Vladimir Putinə modernləşdirilmiş Yak-130M təlim-döyüş təyyarəsi ilk dəfə nümayiş etdirilib.
1xeber.media xəbər verir ki, bu barədə “Birləşmiş Aviasiya Korporasiyası” məlumat yayıb.
Bildirilib ki, yaxın vaxtlarda ilk sınaq uçuşunu həyata keçirən təyyarə dövlət başçısına təqdim olunub. Yak-130M-in sınaqları barədə Putinə “Yakovlev” şirkətinin sınaq pilotu Aleksandr Quskov məlumat verib.
Qeyd olunur ki, Yak-130M yerli və regional münaqişələrdə aviasiyanın istifadəsi ilə bağlı təcrübənin təhlili əsasında hazırlanıb. Təyyarənin müasir bort sistemləri ilə təchiz edildiyi və onun müxtəlif hava şəraitində, gecə və gündüz həm hava, həm də yerüstü hədəflərə qarşı istifadə oluna bilən yüngül döyüş təyyarəsinə çevrildiyi bildirilib.
Təyyarənin ilk sınaq uçuşu iyun ayında İrkutsk Aviasiya Zavodunun bazasında həyata keçirilib. Uçuş zamanı Yak-130M 50 dəqiqə havada qalıb, 2000 metr yüksəkliyə qalxıb və saatda 600 kilometr sürətə çatıb.
















