Cari ilin 6 ayında prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
1xeber.media xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib.
Onlardan 6-na töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər isə tutduğu vəzifədən azad olunub.
















