Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana başsağlığı verib.
1xeber.media “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti bu barədə Ak Parti TBMM Qrup toplantısında çıxışı zamanı danışıb.
“Qazaxıstanda Azərbaycan təyyarəsinin qəzaya düşdüyünü böyük kədərlə öyrəndik. Hər iki qardaş ölkəyə millətimiz adından başsağlığı və şəfa diləklərimi çatdırıram”, - Ərdoğan bildirib.