Xətai rayonundakı 7 saylı Şəhər Poliklinikasının baş həkimi vəzifəsindən azad edilib.
Bakının Xətai rayonunda yerləşən 7 saylı Şəhər Poliklinikasının baş həkimi Səfərova Şəlalə Zakir qızı vəzifəsindən azad edilib.
1xeber.media xəbər verir ki, bu barədə “Unikal” məlumat yayıb.
Bildirilib ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.
Məlumata görə, hazırda 7 saylı Şəhər Poliklinikasının baş həkimi vəzifəsinə yeni təyinat həyata keçirilməyib.
Rəsmi qurum tərəfindən vəzifədən azad olunmanın səbəbi ilə bağlı hələlik açıqlama verilməyib.















