Pakistanın Xeybər-Paxtunxva əyalətində polis məntəqəsinə hücum həyata keçirilib.
1xeber.media xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Pakistan Talibanı (TTP) tərəfindən həyata keçirilən hücum nəticəsində 9 polis həlak olub, 28 nəfər isə yaralanıb.
Təhlükəsizlik qüvvələrinin cavab tədbirləri nəticəsində on beş silahlı şəxs zərərsizləşdirilib.
















