1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri təyyarə tipli pilotsuz uçuş aparatlarını (PUA) quş formasında kamuflyaj etməyə başlayıb.
Bu barədə Rusiyanın “Qərb” qoşun qruplaşmasının 71-ci ayrıca pilotsuz sistemlər alayının texniki heyət üzvü, “Voqan” çağırış nişanlı hərbçi TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, xüsusilə cəbhə arxasında istifadə olunan “Hornet” tipli PUA-ların quş görünüşündə kamuflyaj edilməsi halları artıb. Hərbçi qeyd edib ki, bu cür pilotsuz aparatları havada adi quşdan ayırd etmək olduqca çətindir.
“Baxırsan ki, quş uçur, süzür. Elə bilirsən adi quşdur. Birdən qanadlarını çırpmağa başlayır və bunun əslində pilotsuz aparat olduğu üzə çıxır”, – deyə o bildirib.
Qeyd edək ki, bu məlumat Rusiya hərbçisinin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
















