Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin beş ekipaj üzvündən üçü sağ qalıb.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 25-də Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
O, aydınlaşdırıb ki, təyyarədə 67 nəfər olub, onlardan 62-si sərnişindir. İnsanların ümumi sayından 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
“Təyyarənin ekipajı beş nəfərdən ibarət olub: ikisi ölüb, üçü sağ qalıb”, – deyə Kazinform agentliyi onun sözlərini sitat gətirib.