İzmirdə CHP-nin rəhbərlik etdiyi Menderes Bələdiyyəsinə qarşı rüşvət və korrupsiya iddiaları ilə bağlı araşdırma çərçivəsində əməliyyat keçirilib.
1xeber.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində Menderes bələdiyyə sədri İlkay Çiçək də daxil olmaqla 21 nəfər nəzarətə alınıb. Şübhəlilər hazırda polis bölməsində dindirilir.
















