İran rəhbərliyi hesab edir ki, ABŞ-la münasibətlərdə əvvəlki dövrdə nümayiş etdirilən çeviklik gözlənilən nəticəni verməyib və əksinə, Tehranın danışıqlardakı mövqeyini zəiflədib.
1xeber.media xəbər verir ki, bu barədə Reuters agentliyi yüksək vəzifəli iranlı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, əvvəlki güzəşt cəhdləri Vaşinqtonun təzyiqlərinin daha da artmasına səbəb olub. Bu isə Tehranda belə bir qənaət formalaşdırıb ki, məzmunlu danışıqlara başlamazdan əvvəl təsir rıçaqları yaradılmalıdır.
Bildirilir ki, İran rəhbərliyi ABŞ Prezidenti Donald Trampın güzəştləri zəiflik əlaməti kimi qiymətləndirdiyini və buna cavab olaraq təzyiqləri artırdığını düşünür. Tehranın mövqeyinə görə, Vaşinqtonla bərabərhüquqlu dialoq aparmaq üçün kifayət qədər təsir imkanlarına malik olmaq vacibdir.
Xatırladaq ki, daha əvvəl Tehran Vaşinqtonun Hörmüz boğazının açılması ilə bağlı son təklifini qəbul etməkdən imtina etmişdi.
















