1xeber.media xəbər verir ki, Almaniyanın Leypsiq/Halle hava limanında partladıcı qurğu ilə təchiz olunduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb. Hadisə hava limanının fəaliyyətinə ciddi təsir göstərib.
Məlumata görə, avqustun 5-nə keçən gecə hava limanı üzərində naməlum uçan obyekt, uçuş-eniş zolaqlarından birində isə şübhəli əşya müəyyən edilib. Bundan sonra hava limanının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
Nəşrin iddiasına əsasən, yerdə aşkar edilən PUA-ya partladıcı qurğunun işə salınması üçün nəzərdə tutulmuş mexanizm olan bağlama bərkidilib. İstintaq orqanları onu mümkün partlayıcı qurğu kimi qiymətləndirirlər.
Bildirilir ki, PUA Ukraynaya məxsus "Antonov" tipli yük təyyarəsinin yaxınlığında tapılıb. Polis hadisə yerini mühafizəyə götürərək təyyarənin təhlükəsizliyini təmin edib.
1xeber.media xatırladır ki, bundan əvvəl ABŞ-da JetBlue aviaşirkətinə məxsus sərnişin təyyarəsi enişə hazırlaşarkən pilotsuz uçuş aparatı ilə toqquşmuşdu.

















