Rusiya və Ermənistan rəsmiləri Ermənistanın Qafan şəhərində Rusiyanın Baş Konsulluğunun, eləcə də Ermənistanın Vladiqafqaz şəhərində konsulluq bölməsinin açılması imkanlarını müzakirə edirlər.
1xeber.media xəbər verir ki, bunu Vladiqafqazdakı nümayəndəliyinin rəhbəri Bağır Məmiyev "RİA Novosti" agentliyinə müsahibəsində deyib.
"Bu günə qədər bu məsələ (Vladiqafqazda Ermənistan konsulluğunun açılması – red.), Rusiyanın Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Qafan şəhərində də baş konsulluğunun açılması məsələsi kimi, ikitərəfli gündəmdən çıxarılmayıb, lakin hər hansı konkret müddətlər barədə danışmaq hələ tezdir", - deyə Mamiyev qeyd edib.
O, həmçinin vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyinin Vladiqafqazdakı nümayəndəliyi Rostov-na-Donu şəhərindəki Ermənistanın Baş Konsulluğu ilə sabit işgüzar əlaqələr qurub.

















