1xeber.media xəbər verir ki, xarici mənbələr Ukraynanın FP-5 "Flamingo" raketlərinin Tümen vilayəti istiqamətində ehtimal olunan uçuş marşrutunu dərc edib.
"Voennaya xronika" ("Hərbi xronika") Telegram kanalı həmin məlumatlara istinad edərək bildirib ki, marşrutun ümumi uzunluğu təxminən 2,5 min kilometr təşkil edir.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri tərəfindən buraxıldığı iddia edilən beş FP-5 raketinin hamısı Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Bildirilir ki, raketlər əvvəlki analoji hallarda olduğu kimi, yerüstü radiolokasiya stansiyaları tərəfindən aşkarlanma ehtimalını azaltmaq məqsədilə iri çayların məcraları boyunca və çox aşağı hündürlükdə hərəkət edib.
Qeyd edək ki, bu məlumatlar Rusiya tərəfinin və hərbi mövzuda fəaliyyət göstərən Telegram kanalının yaydığı iddialara əsaslanır. Onlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

















