Ukrayna Silahlı Qüvvələrinin mayoru Yuri Fedorenko ölkə sakinlərini qarşıdan gələn qışa hazırlaşmağa çağırıb.
1xeber.media xəbər verir ki, hərbçinin sözlərini “Fokus” nəşri yayıb.
Fedorenko elektrik enerjisinin kəsilməsi ehtimalına görə ukraynalıların çətin qışa hazırlaşmalı olduğunu bildirib.
“Ukraynalılara bir daha müraciət edirəm: imkanınız varsa, bu gündən etibarən binanın girişində əlavə akkumulyatorlar quraşdırmağı və elektrik generatoru almağı düşünün”, – deyə mayor bildirib.
O qeyd edib ki, şəhər hakimiyyətlərinin büdcə çatışmazlığı və tədbirlərə yüksək tələbat səbəbindən bütün lazımi hazırlıqları həyata keçirə bilmədiyi hallar var.
Fedorenkonun sözlərinə görə, Kiyevin qarşıdakı istilik mövsümünə tam hazırlıq üçün kifayət qədər maliyyə və istehsal imkanları yoxdur.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin qış üçün əsas prioritetinin kritik infrastrukturun qorunması olduğunu bildirib.
















