Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə təşəkkür edib.
1xeber.media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “X” hesabında paylaşım edib.
“Əziz Prezident Donal Tramp "Trump Route for International Peace and Prosperity" (TRIPP) layihəsinin işə salınması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi təşəkkürümü bildirmək istəyirəm”, – dövlət başçısı qeyd edib.
















