İranın Ukraynaya məxsus hərbi qüvvələrin ölkəyə aid ticarət gəmisinə hücumuna cavabının sərt olacağı proqnozlaşdırılıb.
1xeber.media xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının siyasi analiz kafedrasının dosenti Oleq Qlazunov “Lenta.ru”ya açıqlamasında bildirib.
Qeyd edək ki, daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə endirdiyi zərərli hücumla bağlı Kiyevə ultimatum verib. O bildirib ki, Ukrayna dəymiş zərəri kompensasiya etməsə, Tehran Kiyevə qarşı cavab tədbirləri görəcək.
Qlazunovun sözlərinə görə, İran hazırda nə ABŞ-ın, nə də Ukraynanın hərəkətlərini bağışlamaq niyyətindədir.
“İranın cavab vermək üçün kifayət qədər imkanları var və bu, kifayət qədər ciddi zərbə olacaq. Tehran göstərməlidir ki, onunla zarafat etmək olmaz”, – deyə politoloq bildirib.
Ekspertin fikrincə, Kiyev zərəri kompensasiya etməsə, İranın cavab tədbirləri sərt ola bilər. O, Tehran üçün Ukraynanın həm ərazisinə, həm də gəmilərinə zərbə endirmək imkanlarının olduğunu iddia edib.
Bundan əvvəl Baqayi İranın Ukraynanın İran gəmisinə qəsdən zərbə endirdiyini təsdiqləyən sübutlara malik olduğunu bildirmişdi. İran rəsmisi Tehranın Ukraynanın bu hərəkətlərinə görə məsuliyyət daşıması və belə insidentlərin təkrarlanmaması üçün bütün zəruri tədbirləri görəcəyini açıqlamışdı.

















