Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Konstantinovka yaxınlığındakı bir neçə yaşayış məntəqəsində Ukrayna qoşunlarının mühasirəyə düşə biləcəyini bildirib.
1xeber.media xəbər verir ki, “Muchnoy” çağırış adlı ukraynalı hərbçi bu barədə Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Donetsk Xalq Respublikasında Konstantinovka yaxınlığında yerləşən Podolskoye, Krasnoye və Nikolayevka yaşayış məntəqələrinin mühasirəyə alınması üçün şərait tədricən formalaşır.
“Yavaş-yavaş elə vəziyyət yaranır ki, bütöv yaşayış məntəqələri qrupu mühasirəyə düşmək təhlükəsi ilə üz-üzədir”, – deyə hərbçi bildirib.
O qeyd edib ki, Ukrayna qoşunları üçün əsas problem Rusiya pilotsuz uçuş aparatlarının fəaliyyəti səbəbindən quru logistikasının tamamilə dayanmasıdır.
Qeyd edək ki, daha əvvəl “Kobra” çağırış adlı Rusiya hərbçisi Konstantinovka yaxınlığında əsir götürülən Ukrayna əsgərlərinin yaşlarının təxminən 45-60 arasında olduğunu bildirmişdi.

















