Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri İran istehsalı “Majid AD-08” zenit-raket komplekslərindən istifadə etməklə təlim keçirib.
1xeber.media xəbər verir ki, bununla bağlı görüntülərə “Povernutıe na voyne” Telegram kanalı diqqət çəkib.
Yayılan kadrlarda Ermənistanın hava hücumundan müdafiə bölmələrinin təlimləri əks olunub. Hərbçilər qısa mənzilli İran istehsalı “Majid” və Hindistanda istehsal olunan orta mənzilli “Akash-1S” komplekslərindən istifadə ediblər.
Təlim zamanı zenit bölmələri müəyyən edilmiş əraziyə irəliləmə, hava hücumundan müdafiə komplekslərinin döyüş vəziyyətinə gətirilməsi və hədəflərin axtarışı üzrə tapşırıqları yerinə yetiriblər.
















