Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Rumıniyanın hava məkanında keçirilən NATO-nun inteqrasiya edilmiş hava və raketdən müdafiə təliminə qatılıb.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, təlim çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin 6-cı bazasından (Bandırma) 2 ədəd F-16, 3-cü bazasından (Konya) 1 ədəd E-7T və 10-cu bazasından (Adana) 1 ədəd KC-135R təyyarəsi iştirak edib.
NATO qüvvələri ilə birgə təşkil olunan fəaliyyət zamanı ilk dəfə aşağı sürətli hədəflərin ələ keçirilməsi üzrə təlim uğurla keçirilib.
Nazirlik Türkiyənin güclü hava qüvvələri ilə sülh və təhlükəsizliyin təmin olunmasına xidmətə davam etdiyini bildirib.














