Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun ailəsində şad gün yaşanır.
1xeber.media xəbər verir ki,Xitab24.az-ın məlumatına görə, bu gün şəhid polkovnikin qızı Əzizə Həmidovanın toyudur.
Qeyd edək ki, Şükür Həmidov Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıb. Ona Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adı verilib.













