1xeber.media-nın məlumatına görə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu 2024-cü il iyunun 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olublar.