Rusiya Maliyyə Nazirliyi regionların büdcə kreditləri üzrə borclarının üçdə ikisini silmək imkanlarını genişləndirməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.
Onun sözlərinə görə, borc yükündən azad olunan vəsaitlərin xüsusi hərbi əməliyyatla bağlı məsələlərə yönəldilməsi təklif olunur. Həmçinin sərhədyanı regionlara əlavə xərclərlə əlaqədar dəstək göstərilməsi planlaşdırılır.
Qeyd edək ki, daha əvvəl Rusiyanın doqquz regionunun büdcə kreditləri üzrə ümumilikdə 8,4 milyard rubla yaxın borcunun üçdə ikisi silinmişdi.















